Darqomijski Aleksandr (14.02.1813 - 17.01.1869)
XIX əsrin rus musiqi mədəniyyətində əvəzolunmaz rolu olan A.S.Darqomıjski 2 fevral 1813-cü ildə Tula quberniyasının Troistkoye kəndində anadan olmuşdur. Qlinka sənətindən bəhrələnmiş bəstəkar öz əsərlərində dahi sələfinin yaratdığı klassik ənənələri davam etdirmiş, onun başladığı milli məktəbin yaradılması işini başa çatdırmışdır. Demək olar ki, Darqomıjski öz sənətində ilk addımları Qlinkanın zəngin əsərlərindən ilhamlanaraq atmışdır.
Darqomıjskinin dünyagörüşü, estetik zövqü XIX əsrin 30-40-cı illərində formalaşmışdı. Bu, rus mədəniyyətinin inkişafında böyük,müsbət dəyişikliklər baş verən bir dövr idi. Darqomıjskinin hələ ilk əsərlərində dövrün mütərəqqi ideyaları, demokratik əhvali-ruhiyyələri öz əksini tapırdı. Darqomıjskinin yaradıcılığına Lermontov, Nekrasov, Qoqol, xüsusən Puşkin kimi görkəmli şair və yazıçıların təsiri olduqca böyük olmuşdur. Darqomıjski yeni realist xarakterli musiqi dili tapmış (reçitativ-deklamasiyalı üslub), psixoloji məişət dramı – “Su pərisi” kimi yeni opera növü yaratmışdır.
O, kamera-vokal musiqisinin yeni janrlarını yaratmış (lirik-dramatik monoloq, komik-satirik və parodik mahnılar), köhnə janrlara yenilik gətirmişdir. Bununla yanaşı - “Esmeralda”, “Mazepa”, “Vakxın təntənəsi”, “Roqdana”, “Daş qonaq” operaları, orkestr üçün əsərləri - “Baba-Yaqa”, “Kazaçok”, “Bolero” və bir sıra vokal əsərlərin müəllifidir.
Darqomijski Aleksandr
"Su pərisi" operası
Uvertura
Sonata №1 Op.2 f-moll
I pərdə. Dəyirmançının ariyası
Nataşanın tersetdən solosu
Nataşanın mahnısı "Po kamuşkam"
III pərdə. Olqanın mahnısı
Xor "Svatuşka"
Darqomıjski Aleksandr
"Titulyar müşaviri"
İfa edir: Aleksandr Vedernikov
Darqomıjski Aleksandr
"Soxulcan"
İfa edir: Aleksandr Vedernikov
Darqomıjski Aleksandr
"Mən kədərliyəm"
İfa edir: İrina Boqaçeva
Darqomıjski Aleksandr
"Qoca kapral"
İfa edir: Boris Qmırya
Darqomıjski Aleksandr
"Mən sizi sevirdim"
İfa edir: İvan Kozlovskiy
Darqomıjski Aleksandr
"16 yaş"
İfa edir: Qalina Pisarenko