Çaykovski Petr (07.05.1840 - 06.11.1893)
Çaykovski musiqisi özünün nəzərə çarpacaq rus xalq musiqisi elementləri, zəngin harmoniyası və oynaq melodiyaları ilə seçilir. Bəstələdiyi əsərlərdə rus xalq musiqisi ənənələri ilə yanaşı qərb musiqi elementlərindən böyük ustalıqla istifadə etmişdir. 1913-cü ildə, ölümündən iyirmi il sonra İqor Stravinski "Bahar mərasimi"i ilə rus musiqisini XX əsrin dünya musiqi səhnəsinə daşıyır. XIX əsrin ortalarından öncəki rus musiqi sənəti ilə XX əsrdə dünya musiqi arenalarını fəth edən rus musiqisi arasında Çaykovski yeganə körpü rolunu oynamışdır.
Çaykovski dünya auditoriyasının qəlbini fəth etmiş ilk rus bəstəkarı kimi də Rusiya musiqi tarixinə düşmüşdür. Ondan öncə Mixayil Qlinka yalnız bir dəfə Parisdə konsert verə bilmişdir. Sonralar Çaykovskinin St. Peterburq Konservatoriyasında müəllimi olacaq Anton Rubinşteyn də dünya musiqi səhnələrinin daimi "vətəndaşına" çevrilə bilən digər rus musiqiçisi olsa da, o bu nailliyətləri bəstəkar kimi deyil, yalnız virtuoz pianoçu kimi əldə edə bilmişdir.
Onun yaradıcılıq irsi çoxşaxəlidir. Bura operalar - “Voyevoda” (1868), “Su pərisi” (Undina) (1869), “Yevgeni Onegin” (1878), “Orleanlı qız” (1879), “Fərsiz” (1883), “Çəkmələr” (1885), “Cadugər” (1887), “Qəliz qadın”, “İolanta” (1891), baletlər - “Qu gölü” (1876), “Yatmış gözəl” (1889), “Fındıq qıran” (Şelkunçik) (1892), simfonik əsərləri - "Tufan" uverturası (1864), Simfoniya №1 "Qış xəyalları" (1866), "Tale" simfonik fantaziyası (1868), Simfoniya №2 (1872), Fortepiano üçün Konsert №1 (1875), Simfoniya №3 (1875), "Françeska de Rimini" simfonik fantaziyası (1876), Rokoko mövzusunda variyasia (konsertlə birgə violonçel üçün) (1878), Konsertlə birgə Skripka üçün konsert (1878), Simfoniya №4 (1878), "1812-ci il" təntənəli üvertura (1880), "Romeo və Culiyetta" üvertura-fantaziyası (1869, 1870, 1880), Orkestrlə birgə fortepiano üçün Konsert №2 (1880), "Manfred" simfoniyası (1885), "Pezo kapriççiosu" (1887), Simfoniya №5 (1880), Orkestrlə birgə fortepiano üçün Konsert No.3 (1893), Simfoniya №6 (1893), fortepiano üçün əsərlər - "Fəsillər" Op.37, 12 xarakterik musiqi lövhələri (1876), Uşaq albomu Op.39, 24 yüngül pyeslər (1878), 18 pyes, Op.72 (1892), orkestr üçün əsərlər - Slavyan marşı (1876), Könüllülər donanmasının marşı (1878) əsərləri daxildir.
Çaykovski Petr
“Yevgeniy Onegin” operası
I pərdə, 1 şəkil, Giriş. Duet və Kvartet
İfa edir: S.Lemeşev, Q.Vişnevskaya, Q.Belov
I pərdə, 3 şəkil, Oneginin səhnə və ariyası
İfa edir: Böyük Teatrın solistləri, xor və orkestr, dirijor Vasiliy Nebolsin
Lenskinin ariozosu "Kak sçastliv ya"
İfa edir: Böyük Teatrın solistləri, xor və orkestr, dirijor Vasiliy Nebolsin
II pərdə, 1 şəkil. Mazurka və səhnə
II pərdə, 1 şəkil. Bal u Larinyh. Antrakt, vals, scena i hor
İfa edir: Böyük Teatrın solistləri, xor və orkestr, dirijor Boris Haykin
1955
II pərdə, 5 şəkil. Lenskinin ariyası
İfa edir: Böyük Teatrın solistləri, xor və orkestr
V.Petrova, soprano - Larina, Q.Vişnevskaya, soprano - Tatiana,
L.Avdeeva, kontralto - Olga,
E.Verbitskaya, metso-soprano - Filipevna, dayə
Çaykovski Petr
"Qaratoxmaq qadın" operası
Giriş
İfa edir: Böyük Teatrın Orkestr və xoru, dirijor – Samiul Samosud. 1940
I şəkil. Germanın ariozosu “Ya imeni yeyo ne znayu”
İfa edir: Böyük Teatrın Orkestr və xoru, dirijor – Samiul Samosud. 1940
solist: Nikandr Hanayev
Tomskinin balladası "Üç kartlar"
İfa edir: Böyük Teatrın Orkestr və xoru, dirijor – Samiul Samosud. 1940
solist: Aleksandr Baturin
II şəkil. Liza və Polinanın dueti
İfa edir: Böyük Teatrın Orkestr və xoru, dirijor – Samiul Samosud. 1940
solistlər: Kseniya Derjinskaya, Mariya Maksakova
Polinanın romansı
İfa edir: Böyük Teatrın Orkestr və xoru, dirijor – Samiul Samosud. 1940
solist: Mariya Maksakova
Lizanın ariyası “Otkuda eti slyozı”
İfa edir: Böyük Teatrın Orkestr və xoru, dirijor – Samiul Samosud. 1940
solist: Kseniya Derjinskaya
Germanın ariozosu “Prosti nebesnoe sozdaniye”
İfa edir: Zurab Ancaparidze
II pərdə. III şəkil. Knyaz Yeletskinin ariyası “Ya vas lyublyu”
İfa edir: Yuriy Mazurok
IV şəkil. Giriş. Qrafinyanın fransız dilində mahnısı
"Je-crains-de-lui-parler-la-nu"
İfa edir: Valentina Levko
VI şəkil. Lizanın səhnə və ariozosu “Ax istomilas ya qorem”
İfa edir: Tamara Milaşkina
VII şəkil. Germanın ariozo “Şto naşa jizn? İqra”
İfa edir: Vladimir Atlantov
Çaykovski Petr
"Sred şumnoqo bala"
İfa edir: Müslüm Maqomayev
Çaykovski Petr
"To bılo ranneyu vesnoy"
İfa edir: İ.Arxipova
Çaykovski Petr
"Blaqoslavlayu vas lesa"
İfa edir: Boris Qmırya
Çaykovski Petr
"Zabıt tak skoro"
İfa edir: M.Maksakova
Çaykovski Petr
"Mı sideli s toboy"
İfa edir: Boris Qmırya