Quliyev Cavanşir Rəhim Oğlu ( 22.11.1950)
Bəstəkar, 1950-ci il noyabrın 22-də anadan olub.
1975-ci ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını bəstəkar kimi professor C.Hacıyevin sinfi üzrə bitirmişdir. Hal-hazırda Şimali Kiprdə pedaqoji fəaliyyətini davam etdirir.
Azərbaycan Bəstəkarlar İttifaqının üzvü (1978), Azərbaycan Lenin komsomolu mükafatı laureatı (1982), Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi (1992), Professor (2005), "Humay" və "Qızıl dərviş" mükafatlarının laureatıdır.
Əsərləri: "Yeddi məhbusə" 2 hissəli musiqili komediya (libretto - Ə.Əmirli. 2003),"Bayatı" Hollandiyanın "Atlas" orkestri üçün poema (2004), dördüncü Simfoniya "Dastan" (1994-2006), "Melodiya" violino, violonçel və piano üçün (2008), "Oğuznamə" baletindən birinci süita simfonik orkestr üçün (2010), "Expromte Suite" violino, violonçel və piano üçün 4 hissəli süita (2011), "Üç əhval" kamera orkestri üçün 3 hissəli süita (2011).
Filmlərə musiqi: "Cavid ömrü" (bədii film, ssenari Anar, rej. Ramiz Həsənoğlu. 2007), "Buta" (bədii film, ssenari və rej. İlqar Nəcəf. 2009),"Əli Kərim" (sənədli film, ssen. və rej. Tariyel Vəliyev. 2010), "Sübhün səfiri" (bədii film, ssen. Anar, rej. Ramiz Həsənoğlu. 2012).
Tamaşalara musiqi: "Müqəddəs Valentin günü" (müəllif - Ə.Əmirli. 2003), "Brusseldən məktublar" (müəllif - H.Həsənov. 2003), "Rəqabət" (müəllif - B.Vahabzadə.2004), "Woyzeck" (müəllif - G.Bühner.2007), "Biznesmen" (müəllif - R.Abdullayev. 2007), "Körpü" (müəllif - İ.Piriyev. 2008), "Yedəkçi" (müəllif - C.Müsahipzadə. 2009), "Rumuz Qoncagül" (müəllif O.Arayıcı. 2010), "Sofoklesin Antiqonesi" (müəllif - B.Brext. 2011), "Küçük adam, ne oldu sana?" (müəllif - H.Fallada. 2011),"Müsyo Jordan və dərviş Məstəli şah" (müəllif - M.F.Axundov. 2012), "Töre" (müəllif - T.Özakman. 2012).
Quliyev Cavanşir
Simfonik orkestr və zurna üçün uvertura
Quliyev Cavanşir
Skripka və saz üçün sonata
Quliyev Cavanşir
"Əsgər marşı"
Quliyev Cavanşir
"Bura Vətəndir"
İfa edir: Akif Islamzadə
Quliyev Cavanşir
"Getmə"
Söz. Miryusif
İfa edir: Aygün Kazımova
Quliyev Cavanşir
"Falçı"
Söz. Bəxtiyar Vahabzadə
İfa edir: Aygün Kazımova
Quliyev Cavanşir
"Qızım"
Söz. Adıl Babayev
İfa edir: Aygün Kazımova
Quliyev Cavanşir
"Vəfasızsan"
Söz. Kəmalə Şıxəli qızı
İfa edir: Aygün Kazımova
Quliyev Cavanşir
"Bilməm"
Söz. Əlibala Hacızadə
İfa edir: Aygün Kazımova
Quliyev Cavanşir
"Səninlə"
Söz. Zemfira Quliyeva
İfa edir: Aygün Kazımova
Quliyev Cavanşir
"Tənha qadın"
Söz. Zahidə-xanim
İfa edir: Aygün Kazımova
Quliyev Cavanşir
"Son gecə"
Söz. Piruz Dilençi
İfa edir: Aygün Kazımova
Quliyev Cavanşir
"Ot kökü üstə bitər"
Söz. Vaqif Səməd oğlu
İfa edir: Aygün Kazımova
Quliyev Cavanşir
"İtgin gəlin"
Söz. Əlibaba Hacızadə
İfa edir: Aygün Kazımova
Quliyev Cavanşir
"Əlvida"
İfa edir: Cavanşir Quliyev
Quliyev Cavanşir
«Tamerlan» simfonik eskizləri
Azərbaycan Dövlət Televiziya və
Radio verilişləri şirkətinin Böyük simfonik orkestri
Dirijor - Ramiz Məlik-Aslanov
Quliyev Cavanşir
«Tamerlan» simfonik eskizləri
Azərbaycan Dövlət Televiziya və
Radio verilişləri şirkətinin Böyük simfonik orkestri
Dirijor - Ramiz Məlik-Aslanov
Quliyev Cavanşir
Kvartet (I hissə)
İfa edir: İ.Hacıyev, N.Zeynalov, E.Mustafayev, A.Mustafayeva