Lüdviq Van Bethoven (17.12.1770 – 26/03.1827)
Almaniyanın Bonn şəhərində anadan olan Bethoven sonralar Vyanaya köçür. Burada dövrünün digər böyük bəstəkarı Yozef Haydnla birgə təhsil almış və tezliklə mahir pianoçu şöhrəti qazanmışdır. İyirmi yaşlarından etibarən eşitmə qabiliyyətini tədricən, sonralar isə tamamilə itirməsinə baxmayaraq, bu onu klassik musiqinin ən möhtəşəm əsərlərini yaratmaqdan yayındıra bilməmişdir. Bethoven abunəli konsertlər təşkil etməklə, yazdığı əsərləri naşirlərə satmışdır. Bir sıra zəngin insanlardan maliyyə dəstəyi almaqla tam asudə bir şəkildə yazıb yaratmış, heç vaxt saray və ya kilsədə işləməli olmamışdır. Bethovenin ilk müəllimi atası, Bonn hakiminin saray tenoru Yohan van Bethoven olmuşdur.
Sonralar atası Tobias Pifer adlı dostundan oğluna musiqi dərsləri verməsini xahiş etmişdir. Deyilənə görə, atası və müəllimi evə gecə yarı içkili vəziyyətdə dönər və balaca Bethoveni yataqdan durğuzaraq səhər sübhə qədər məşq etməyə məcbur edərdilər. Bethovenin musiqi istedadı özünü çox erkən yaşlarından göstərməyə başlayır. Bethoven artıq səkkiz yaşında piano ilə yanaşı, orqan və skripka dərsləri də alır. Bonnda Bethovenin formalaşmasında ən böyük rol oynamış şəxs, saray orqan ifaçısı Kristian Gotleb Nife olmuşdur. Nifenin köməkliyi ilə Bethoven özünün ilk əsərini – pianoda variyasiyalarını nəşr etdirir.
Bethoven rəngarəng janrlarda: simfoniya, konsert, piano və digər alətlər üçün sonatalar, simli alətlər və digər kamera musiqiləri, opera musiqisi, romanslar və s. əsərlər yaratmışdır. Bu əsərləri ilə Bethoven dünya musiqi tarixində klassik musiqidən romantik musiqi mərhələsinə keçid, körpü rolunu oynamışdır. Özünün üçüncü simfoniyası olan "Eroica"nı (italyanca "Qəhrəmanlıq") Napoleona həsr etmişdi. Sonralar Bethoven bu simfoniyanın adını dəyişərək "Sinfonia Eroica, composta per festeggiare il sovvenire di un grand Uomo", yəni "Böyük insanların xatirəsinə ithaf olunan Qəhramanlıq Simfoniyasi" qoyur.
Doqquzuncu simfoniyanın dördüncü hissəsini Fridrix Şillerin "Şadlığa mədhiyyə" əsərinin süjeti üzərində yazmaqla bəşəriyyəti qardaşlıq uğrunda mübarizəyə çağıran himn yazır. Yaradıcılığının orta mərhələsi Bethovenin şiddətlənməkdə olan karlıq iztirablarından bir qədər sonrakı dövrdə başlayır. Bu dönəm qəhrəmanlıq və mübarizə haqqında böyük həcmli əsərlərlə xarakterizə olunur. Bu dövrə altı simfoniya, dördüncü və beşinci piano üçün konsertlər, üçlü və violonçel üçün konsertlər, 5 simli kvartet, növbəti yeddi piano sonataları ("Valdşteyn" və "Appassionata" sonataları da bu dövrdə yazılmışdır) və Bethovenin yeganə operası olan "Fidelio" aiddir. Eyni zamanda klassik cərəyanın nümayəndəsi olmaqla yanaşı, yaradıcılığının son dövrlərində romantik cərəyana xas olan “Uzaq sevgilimə” adlı vokal məcmuə də bəstələyir. Çox zaman L.V.Bethoveni həm klassik, həm də romantik bəstəkar adlandırırlar.
Bethoven Lyudviq
Sonatalar
Sonata №1 Op.2 f-moll
Piano - Artur Şnabel
Sonata №5 Op.24
"Bahar"
Ifa edir: Anna-Sofiya Mutter, Lambert Orkis
Sonata №7 Op.10 D-dur
1 hissə. Presto
Piano - Artur Şnabel
Sonata №7 Op.10 D-dur
2 hissə. Largo e mesto.
Piano - Artur Şnabel
Sonata №7 Op.10 D-dur
3 hissə. Menuetto. Allegro.
Piano - Artur Şnabel
Sonata №7 Op.10 D-dur
4 hissə. Rondo. Allegro.
Piano - Artur Şnabel
Sonata №8 Op.13 c-moll ("Patetik")
1 hissə. Grave - Allegro-di-molto-e-con-brio
Piano - Vladimir Horowitz
Sonata №8 Op.13 c-moll ("Patetik")
2 hissə. Adagio-cantabile.
Piano - Klaudio Arrau
Sonata №8 Op.13 c-moll ("Patetik")
3 hissə. Rondo-(Allegro).
Piano - Annie Fişer
Sonata №9 Op.47 A-dur "Kreutzer"
Violin: Korey Kerovsek
Piano: Paavali Camppanen
Sonata №12 Op.26 As-dur
Piano: Emil Qilels
Sonata №14 Op.27 ciz-moll ("Aylı")
1 hissə. Adagio sostenuto
Piano - Heinrich Neuhaus
Sonata №14 Op.27 ciz-moll ("Aylı")
3 hissə. Presto agitato
Piano - Heinrich Neuhaus
Sonata №17 Op.31 d-moll
1 hissə. Largo-Allegro.
Piano - Alfred Brendel
Sonata №17 Op. 31 d-moll
2 hissə. Adagio.
Piano - Walter Gieseking. 17.08.1949.
Sonata №17 Op.31 d-moll
3 hissə. Allegretto.
Piano - Solomon Kartner
Sonata №21 Op.53 C-dur Waldşein ("Avrora")
1 hissə. Allegro con brio.
Piano - Artur Şnabel. 1934.
Sonata №21 Op. 53 C-dur Waldşein
2 hissə. Introduzione. Adagio molto.
Piano - Artur Şnabel. 1934.
Sonata №21 Op 53 C-dur Waldşein
3 hissə. Rondo. Allegretto moderato. Prestissimo.
Piano - Artur Şnabel. 1934.
Sonata №23 "Appasionata" Op. 57 f-moll
1 hissə. Allegro assai.
Piano - Artur Şnabel
Sonata №23 "Appasionata" Op. 57 f-moll
2 hissə. Andante con moto.
Piano - Artur Şnabel
Sonata №23 "Appasionata" Op. 57 f-moll
3 hissə. Allegro ma non troppo.
Piano - Artur Şnabel
Sonata №31 Op. 110
Piano - Qlen Quld
Sonata №32
Piano - Yevqeniy Kisin
Bethoven Lyudviq
”Eqmont” uvertyurası
İfa edir: Berlin Filarmonik Orkestri, dirijor – Klaudio Abbado
Bethoven Lyudviq
Simfoniya 1 Op.21 H-dur
İfa edir: Vyana Filarmonik Orkestri, dirijor – Kristian Thielemann
Bethoven Lyudviq
Simfoniya 3 Op.55 Es-dur ("Qəhrəmani")
İfa edir: London Filarmonik Orkestri, dirijor – Otto Klemperer
1 hissə
2 hissə
3 hissə
4 hissə
Bethoven Lyudviq
Simfoniya 5 Op. 67 c-moll
İfa edir: London Filarmonik Orkestri, dirijor – Otto Klemperer
1 hissə
2 hissə
3 hissə
4 hissə
Bethoven Lyudviq
Simfoniya 6 Op.68 F-dur ("Pastoral")
İfa edir: Boston Simfonik Orkestri, dirijor –Erix Laynsdorf
1 hissə
2 hissə
3 hissə
4 hissə
5 hissə
Bethoven Lyudviq
Simfoniya 9 D-moll op.125
Allegro ma non troppo, un poco maestoso
Molto vivace
Adagio molto e cantabile
Presto
Bethoven Lyudviq
”Fidelio” operası, Leonora ariyası
İfa edir: Q.Vişnevskaya
Bethoven Lyudviq
Fantaziya xor, fortepiano və simfonik orkestr üçün. Op.80
İfa edir: Ronald Brautigam, Andrew Parrott, Norrkoping Symphony Orchestra
Bethoven Lyudviq
Üvertyura "Koriolan". Op.62
Dirijor: V.Furtvenqler
Bethoven Lyudviq
Üvertyura "Leonora". №3, Op. 72a
Dirijor: Daniyel Barenboym
Bethoven Lyudviq
Üçqat konsert Op. 56
İfa edir: Daniyel Barenboym, Yo-Yo Ma və İtzhak Perlman
Bethoven Lyudviq
32 Variasiyalar c-moll
İfa edir: Qlenn Quld
Bethoven Lyudviq
"Şotland mahnısı" Op.108
İfa edir: Silviya Firqato və Lunaire Piano Trio
Bethoven Lyudviq
"Təntənəli Messa" D-dur
İfa edir: Krassimira Stoyanova, soprano; Elina Qarança, mezzo soprano;
Mikayel Şade, tenor; Frans-Cosef Seliq, bass;
Dresden Dövlət Opera Xoru;
Dresden Kapellası;
Dirijor: Kristian Thielemann,