BƏSTƏKARLAR


Müəllif, musiqi əsərinin yaradıcısı.
Xalq yaradıcılığında adətən bəstəkar və ifaçı bir simada birləşir.



 

DÜNYA BƏSTƏKARLARI

 

Hektor Berlioz. (11.12.1803 – 08.05.1869)

 

Fransız romantik bəstəkarı. "Fantastik simfoniya" və "Grand messe des morts" (Rekviem) ona məşhurluq gətirən bəstələrindəndir. Müəllifi olduğu "Treatise on Instrumentation"la Berlioz müasir orkestrin formalaşmasına əhəmiyyətli təsir etmişdir. Bəzi əsərlərini bəstəkar nəhəng orkestr heyəti üçün nəzərdə tutmuş, bundan başqa dirijor olaraq 1000-dən çox musiqiçi heyəti olan konsertləri aparmışdır. 50-yə yaxın mahnının müəllifidir.

 

Fransanın cənub-şərqində yerləşən Kot-Sent-Andre (İzer) şəhərciyində həkim ailəsində anadan olmuşdur. 1821-ci ildə tibb təhsilini almaqda olan Berlioz valideynlərinin etirazına baxmayaraq tibbi dayandırıb özünü musiqiyə həsr etmişdir. 1825-ci ildə Paris şəhərində onun ilk iri tutumlu əsəri olan "Təntənəli messa" ilk dəfə ifa edilmişdir. 1826-1830-cu illərdə Berlioz Paris konservatoriyasında Jan Fransua Lesuer və A.Reyxidən dərslər almışdır. 1828-1830-cu illərdə ifa olunan Berliozun daha bir neçə əsəri – "Vverley" üverturası, "Framcs-juges" və "Fantastik simfoniya" (rəssamın həyatından epizod) da xüsusi müvəffəqiyyət qazanmasa belə ictimaiyyətin diqqətini gənc bəstəkara yönəldmişdir. 1828-ci ildən başlayaraq Berlioz musiqi tənqidçisi kimi fəaliyyətə başlamışdır.

 

Berlioz – musiqidə romantizmin parlaq nümayəndəsi, romantik proqramlı simfoniyanın yaradıcısıdır. Onun incəsənəti ədəbiyyatda V.Hüqonun və ya rəssamlıqda Delakruanın yaradıcılığı ilə bir çox cəhətdən oxşarlıq təşkil edir. O, cəsarətlə musiqi forması, harmoniyası və ifası sahələrində yenilikləri tətbiq etmiş, simfonik musiqinin teatrallaşdırılmasına və əsərlərin nəhəng miqyaslara gətirilməsinə can atmışdır.

 

1826-cı ildə "Yunan inqilabı" kantatası yazılmışdır. 1830-сu il "Böyük iyul inqilabı" zamanı inqilabı mahnılarla, xüsusilə də onun tərəfindən orkestr və xor üçün təkmilləşdirilmiş "Marselyeza" ilə geniş şəkildə məşğul olmuşdur. Bəstəkarın bir sıra iri tutumlu əsərlərində inqilabi mövzu öz əksini tapmışdır: "Rekviem"(1837) – İyul inqilabının qəhrəmanları xatirəsinə yaradılmışdır; "Matəm-triumfal simfoniya" (1840)- İyul hadisələrinin qurbanlarının külünün rəsmi köçürülmə mərasimi üçün yazılmışdır. Hektor Berliozun tərzi artıq onun "Fantastik simfoniyası"nda (1830, – "Rəssamın həyatından epizod") müəyyən olmuşdur. Bəstəkarın bu məşhur əsəri – ilk romantik proqramlı simfoniyadır. Burada öz dövrünün tipik əhval ruhiyyəsi əks olunub (reallıqla barışmamazlıq, yüksək emosionallıq və həssaslıq). Rəssamın subyektiv təəsüratları simfoniyada ictimailəşdirilir, uğursuz məhəbbət faciə səviyyəsində dəyərləndirilir. Onun şəxsi həyatını bədbinləşdirən bir sıra qəmgin hadisələr haqqında isə o təfərrüatları ilə öz "Memuarlar"ında (1870) nəql etmişdir. Bəstəkarın özü 8 mart 1869-cu ildə tək-tənha dünyasını dəyişmişdir.

 

Berlioz Hektor

Fantastik simfoniya Op.14

İfa edir: Simfonik Orkestr, dirijor – Barbara Şubert

1 hissə
Loading the player...
2 hissə
Loading the player...
3 hissə
Loading the player...
4 hissə
Loading the player...
5 hissə
Loading the player...

 

Yuxarı Geri
responsive website builder by Mobirise 1.7.1