İohan Sebastyan Bax. (1685-1750)
XVIII əsrin birinci yarısının ən görkəmli bəstəkarlarından biri İohan Sebastyan Baxdır. Bax və onunla bir dövrdə yaşamış Qeorq Fridrix Hendel XVII əsrin musiqi nailiyyətlərini tamamlayaraq, XVIII əsrə xas olan musiqi dilinə yiyələnir.
Bax bir sıra milli musiqi məktəblərinin nailiyyətlərini, məsələn, fransız klavesin sənətini, italyan skripka musiqisini, italyan operasını, xor sənətini, Freskobaldinin orqan musiqisini, həmçinin öz dövrünün musiqi janrlarını böyük diqqətlə öyrənmişdir. Həm qabaqcıl musiqi axınlarının əksi, həm janr zənginliyi baxımında Baxın yaradıcılığı həqiqətən ümumdünya miqyasında tamamlanmış bədii qüvvəyə malikdir.
Baxın yaradıcılığı əsas etibarilə lirik-fəlsəfi sahəni əhatə edir. Xor, orkestr, solistlər Baxın əsərlərində bir vəhdət təşkil edir. Bax həmçinin dahi messalar (Messa h-moll), pasionlar, kantatalar (“Feb və Panın mübahisəsi”), klavir (Y.T.K. I və II cild, 48 prelyudiya və fuqs), orqan (tokkato və orqan üçün fuqa d-moll) və skripka üçün yazılmış əsərlərin müəllifidir.
Bax İohann Sebastian
"Yaxşı temperasiya olunmuş klavir" I cild.
İfa edir: Svyatoslav Rixter
Bax İohann Sebastian
"Yaxşı temperasiya olunmuş klavir" II cild.
İfa edir: Svyatoslav Rixter
Bax İohann Sebastian
Prelud və Fuqa №18 gis-moll
İfa edir: Qlen Quld (piano)
Bax İohan Sebastyan
Milad Bayramı Oratoriyası
Bax İohann Sebastian
Tokkata və Fuqa d-moll
İfa edir: Saymon Preston (orqan)
Bax İohan Sebastyan
Messa h-moll
İfa edir: Bavariya Simfonik Orkestri və xoru, dirijor – Oyqen Yoxum