Əzizli Əziz Əkbər oğlu (1933 - 2005)
Bəstəkar
Əziz Əzizli 1933-cü il sentyabrın 30-da anadan olub.
1957-ci ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının ifaçılıq fakultəsini (tromba - E.Əfəndiyevin sinfi), 1966-cı ildə isə bəstəkarlıq kafedrasını (professor Q.Qarayevin sinfi) bitirmişdir. Uzun illər A.Zeynallı adına Bakı musiqi texnikumunda çalışmış, Azərbaycan Televiiziyasının estrada-simfonik orkestrinin bədii rəhbəri olmuşdur.
Əsərləri: A capella xoru üçün 12 pyes (1991), 4 saylı simli Kvartet (1992), "Nəbi" operası (libretto - S.Rüstəm, F.Mehdiyev, 1993). B.Vahabzadə, N.Xəzri, F.Qoca, Y.Həsənbəy, R.Zəka, H.Ziya, C.Novruz və b. şairlərin sözlərinə yazılmış mahnıların müəllifidir(1990-2001).
Əzizli Əziz
"Sonatina" (II hissə)
İfa edir: Ülviyyə Hacıbəyova
Əziz Əzizli
"Poema" violonçel və fortepiano üçün
İfa ed. Rasim Abdullayev (violonçel); Almaz Mehdiyeva (f-no).
Əzizli Əziz
" Poema"
İki skripka, alt və violonçel üçün.
İfa ed. Azad Əliyev – 1 ci skripka; Rafiq Zamanov – 2 ci skripka; Yusif Həsənov – alt; Rasim Abdullayev – violonçel.