BƏSTƏKARLAR


Müəllif, musiqi əsərinin yaradıcısı.
Xalq yaradıcılığında adətən bəstəkar və ifaçı bir simada birləşir.



 

AZƏRBAYCAN BƏSTƏKARLARI

 

Axundova Şəfiqə Qulam qızı (21.01.1924 - 26.07.2013)

 

Bəstəkar, əməkdar incəsənət xadimi (1973), xalq artisti (1998).

 

Şərqdə ilk opera yazan bəstəkar qadın. Azərbaycanın xalq artisti (1998). Şəfiqə Axundova 1924-cü ildə Şəki şəhərində anadan olub. 1943-1944-cü illərdə A.Zeynallı adına Bakı Musiqi Məktəbində oxuyarkən Üzeyir Hacıbəyovdan dərs alıb. 1956-cı ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını bəstəkarlıq ixtisası üzrə B. Zeydmanın sinfini bitirib.

 

1998-ci ildə Azərbaycan Respublikasının xalq artisti adına layiq görülüb. 2004-cü ildə isə "Şöhrət" ordeni ilə təltif edilib. O, 1972-ci ildə "Gəlin qayası" operasını yazmaqla Şərqin ilk opera yazan qadın bəstəkarı olmuşdur. Şəfiqə xanım həm də bir sıra gözəl mahnaların ("Leyla", "Bəxtiyar ellər" və s.), "Ev bizim, sirr bizim" operettasının (1965), simli kvartet üçün pyeslərin, dramatik teatr üçün "Aydın", "Əlvida Hindistan!", "Nə üçün yaşayırsan?" və s. tamaşaların, "Təlxəyin nağılı", "Dovşanın ad günü" və s. kimi uşaq tamaşalarının musiqisinin müəllifidir.

 

Onun Azərbaycan şairlərinin şerlərinə bəstələdiyi gözəl lirik mahnıları və romansları xalq arasında çox məşhurdur. 26 iyul 2013-cü ildə vəfat etmişdir.

 

 

Axundova Şəfiqə

"Laylay" 

İfa edir:  Almaz Orucova

Loading the player...

Axundova Şəfiqə

"Həsrətindən" 

İfa edir:  Gülyanaq Məmmədova

Loading the player...

Axundova Şəfiqə

"Nədən oldu

İfa edir:  Sahib Ibrahimov

Loading the player...

 

Yuxarı Geri
responsive website builder by Mobirise 1.7.1