Әmirov Fikrәt Mәşәdi Cәmil oğlu (1922—1984)
Bәstәkar.
Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq şöbəsini (professor B.Zeydmanın sinfi) bitirmişdir.
Azәrbaycan xalq artisti (1958), SSRİ xalq artisti (1965). Azәrbaycan EA m. üzvü (1980). SSRİ (1949, 1980) vә Azәrbaycan (1974) Dövlәt mükafatları laureatı. M. C. Әmirovun oğludur. ADK bitirmişdir (1948).
Hacıbəylinin bilavasitә yetirmәsi, xәlәfi vә әnәnәlәrinin davamçısı olan Əmirov Azәrbaycan musiqisini xeyli zәnginlәşdirmiş, onun dünya şöһrәti qazanmasında müһüm rol oynamışdır. "Sevil" operasının (1953), "Ürәkçalanlar" (1944), "Gözün aydın" (1946) musiqili komediyalarının, "Nәsimi dastanı" (1973), "Min bir gecә" (1979), "Nizami" (1984) baletlәrinin müәllifidir. Bu illәrdә Әmirov skripka, fortepiano vә simfonik orkestr üçün ikiqat konsert (1946), fortepiano ilә xalq çalğı alәtlәri orkestri üçün konsert (1947, A. Babayevlә) yazaraq Azәrbaycan musiqisindә simfonik musiqinin әsasını qoyanlardan biri olmuşdur.
O, Hacıbəylinin xalq çalğı alәtlәri orkestri üçün fantaziyalarında aşkar etdiyi Qәrb vә milli tembrlәrin qarşılıqlı әlaqә imkanlarını inkişaf etdirmiş, әrәb mövzuları әsasında fortepiano ilә orkestri üçün konsertdә (1956, E. Nәzirova ilә) şәrq musiqi mövzularının simf. musiqidә tәtbiqinin mümkünlüyünü sübuta yetirmişdir.
Əmirovun "Nizami" simfoniyası, "Şur", "Kürd-ovşarı", "Gülüstan—Bayatı-Şiraz" simfonik muğamları onun yaradıcılığında müһüm mәrһәlә tәşkil edir. O, "Azәrbaycan" süitası, "Simfonik rәqslәr", "Azәrbaycan qravürlәri", fp. üçün "12 miniatür", uşaq pyeslәri, skripka ilә fortepiano üçün sonata, romans, maһnı vә s. әsәrlәr bәstәlәmişdir.
Əmirov Fikrət
"Nizaminin xatirəsinə" simli simfoniyası
1. Andante maestoso; 2. Allegretto gioso;
3. Andante sostenuto; 4. Allegro con brio
İfa edir: Azərbaycan Dövlət Kamera Orkestri, Dirijor - Nazim Rzayev
Əmirov Fikrət
"Sevil" operası
Əmirov Fikrət
“Min bir gecə” baleti
"Adajio"
İfa edir: Dnepropetrovsk Akademik Opera və Balet Teatrının orkestri
"Şəhriyar və Şəhrizadın dueti"
İfa edir: Belorus Simfonik Orkestri, dirijor: Yuriy Lukyanin
"Alibaba və 40 quldurlar"
İfa edir: Azərbaycan Dovlət Opera və Balet Teatrının Orkestri
Əmirov Fikrət
“Azərbaycan Kapriççio” (1961)
Azərbaycan Dövlət Simfonik Orkestri
Dirijor: Yalçın Adıgözəlov
Əmirov Fikrət
“Kürd-Ofşarı” (simfonik muğamı) (1949)
Azərbaycan Dövlət Simfonik Orkestri
Dirijor: Yalçın Adıgözəlov
Əmirov Fikrət
"Ballada"
İfa edir: Murad Adigozalzade, Piano
Əmirov Fikrət
"Aşıq mahnısı"
İfa edir: Murad Adigozalzade, Piano
Əmirov Fikrət
"Nocturne"
İfa edir: Murad Adigozalzade, Piano
Əmirov Fikrət
"Humoresque"
İfa edir: Murad Adigozalzade, Piano
Əmirov Fikrət
"Lirik rəqsi"
İfa edir: Murad Adigozalzade, Piano
Əmirov Fikrət
"Vals"
İfa edir: Murad Adigozalzade, Piano
Əmirov Fikrət
"Laylay"
İfa edir: Murad Adigozalzade, Piano
Əmirov Fikrət
"Tokkata"
İfa edir: Murad Adigozalzade, Piano
Əmirov Fikrət
"Uşaq lövhələri"
İfa edir: Ülviyyə Hacıbəyli, Piano