BƏSTƏKARLAR


Müəllif, musiqi əsərinin yaradıcısı.
Xalq yaradıcılığında adətən bəstəkar və ifaçı bir simada birləşir.



 

AZƏRBAYCAN BƏSTƏKARLARI

 

Ələsgərov Süleyman Əyyub oğlu (1924 – 2000)

 

Bəstəkar, dirijor, pedaqoq, ictimai xadim, xalq artisti (1974), professor (1976).

 

 

1948-ci ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakultəsini professor B.Zeydmanın sinfi üzrə bitirmişdir.

Ü.Hacıbəyov adına respublika mükafatı laureatı (1967). ADK-nı bitirmişdir (1948). Müxtəlif illərdə ADMM-nin direktoru, AzTR X.Ç.A. orkestrinin dirijoru, Musiqili Komediya Teatrının direktoru və baş dirijoru olmuşdur. 1956 ildən ADK-da çalışmış, xalq çalğı alətləri orkestri üzrə dirijor kadrlar yetişdirmişdir.

 

11 operettanın ("Ulduz", "Özümüz bilərik", "Milyonçunun dilənçi oğlu", "Sevindik qız axtarır", Hımişəxanım", "Hərənin öz ulduzu" və s.), opera ("Bahardır və Sona", "Solğun çiçəklər") , kantata, simfoniyalar, simfonik poemaların, o, cümlədən, "Bayatı-Şiraz" simfonik muğamının (1950) müəllifidir. Azərbaycan xalq çalğı alətləri orkestr üçün əsərlər - "Cəngi", "Lirik pyeslər", "Sözsüz mahnı"lar, "Vətənimdir", "Yada düşdü", "Sərvi-xuramanım mənim" romanslar, tar və orkestri üçün konsert bəstələmişdir.

 

Musiqili Komediya Teatrının direktoru və baş dirijoru, Bakı Musiqi Akademiyasında "Xalq çalğı alətləri" kafedrasının müdiri və professoru olmuşdur. Azərbaycanın Xalq artisti, Dövlət mükafatı laureatı, "Şöhrət" ordenli Prezident təqaüdçüsüdür.

 

Ələsgərov Süleyman

"Vətənimdir" 

İfa edir: Bülbül

Loading the player...

Ələsgərov Süleyman

Tokkata

İfa edir: Natiq Rzazadə (fortepiano)  

Loading the player...
Yuxarı Geri
responsive website builder by Mobirise 1.7.1