Adıgözәlov Vasif Zülfüqar oğlu (1935- 2006)
Bəstəkar.
1935-ci il iyul ayının 28-də Bakıda məşhur muğam ustası Zülfü Adıgözəlovun ailəsində anadan olub. İlk musiqi təhsilini Konservatoriyanın nəzdindəki 10 illik Musiqi məktəbində pianoçu kimi alıb.1953-cü ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasına daxil olur.
Bəstəkarlıq üzrə Qara Qarayevin , fortepiano üzrə Simuzər Quliyevanın sinfində təhsilini davam etdirir. 1959-cu ildə həmin təhsil ocağını iki ixtisas üzrə bitirir. Əmək fəaliyyətinə 1958-ci ildən Radio və Televiziya Komitəsində musiqi redaktoru kimi başlamışdır. Sonralar Azərbaycan Bəstəkarlar İttifaqının məsul katibi, M. Maqomayev adına Dövlət Filarmoniyasının baş musiqi redaktoru, A. Zeynallı adına Bakı Musiqi məktəbinin direktoru və s. vəzifələrdə çalışmışdır. 1972-ci ildən Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında əsas işçi kimi müəllimlik edirdi.
1990-ci ildə Azərbaycan Bəstəkarlar İttifaqının I katibi seçilmişdir. 1973-cü ildə "Əməkdar incəsənət xadimi", 1988-ci ildə Respublikanın Xalq Artisti fəxri adlarına layiq görülmüşdür. 1989-cu ildən Professor, 1990-cı ildə Dövlət Mükafatı laureatı adlarını almışdır, 1995-ci ildə "Şöhrət ordeni" ilə təltif olunmuşdur. Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında "xor dirijorluğu" kafedrasına rəhbərlik etmişdir. Vasif Adıgözəlov "Ölülər", "Natəvan" operalarının, "Hacı Qara" (həmmüəllifi R.Mustafayev), "Nənəmin şahlıq quşu", "Boşanaq - evlənərik", "Lənət şeytana" musiqili komediyalarının, "Odlar yurdu", "Qarabağ şikəstəsi", Çanaqqala - 1915", "Qəm karvanı" oratoriyalarının, "Novruzum", "Təntənəli" kantatalarının, 4 simfoniya, 6 instrumental konsertin, kamera-instrumental musiqinin, kino-teatr musiqisinin, romans və mahnıların müəllifidir.
Adıgözәlov Vasif
"Qərənfil"
İfa edir: Ramiz Quliyev (tar)
Adıgözəlov Vasif
24 prelüdlər fortepiano üçün (I-VII)
İfa edir: Elnara Kəbirlinskaya
Adıgözəlov Vasif
Konsert № 4 fortepiano və simfonik orkestr üçün.
İfa edir: Azərbaycan Dövlət Simfonik Orkestri
dirijor - Yalçın Adıgözəlov, solist – Murad Adıgözəlzadə.
Vasif Adıgözəlov
"Qarabağ Şikəstəsi"
Dirijor: Y.Adıgözəlov
İfa edir: Solo - R.Adıgözəlov,
A.Qasımov, S.İsmayılova, tar - R.Quliyev
Vasif Adıgözəlov
Piano və orkestr üçün Konsert
Moskva dövlət filarmoniyasının simfonik orkestri
Dirijor: V.Dudarova
İfa edir: T.Şəmsiyev (piano)
Vasif Adıgözəlov
Simfoniya №2
Dirijor: B.Xaykin
İfa edir: P.İ.Çaykovski adına Moskva simfonik orkestri
Vasif Adıgözəlov
Piano və xalq çalğı alətləri orkestri üçün Konsert №2
Dirijor: N.Əzimov
İfa edir: Azərbaycan Dövlət televiziya və radio xalq çalğı
alətləri orkestri, T.Şəmsiyev (piano)
Vasif Adıgözəlov
"Land of Fires"
Ü.Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestri
Dirijor: R.Abdullayev
İfa edir: Solo - X.Qasımova, A.Haqvərdiyev,
A.Qasımov, S.İsmayılova, tar - R.Quliyev
Vasif Adıgözəlov
Symphonic Poem "Africa Amidst Struggles".
Moskva dövlət filarmoniyasının simfonik orkestri
Dirijor: V.Dudarova
İfa edir: V.Adıgözəlov, M.Şamsiyeva
Vasif Adıgözəlov
"Qərənfil"
Vasif Adıgözəlov
"Bakı"
Vasif Adıgözəlov
"Yeddi çinar"
Vasif Adıgözəlov
"İntizar"
Vasif Adıgözəlov
"Qara gözləri"
Vasif Adıgözəlov
"Şair, nə tez qojaldın sən"
Vasif Adıgözəlov
"Gözləməsin, neyləsin"
Vasif Adıgözəlov
"Ay sevgilim"
Vasif Adıgözəlov
"Xoşum gəlin"
Vasif Adıgözəlov
"Azərbaycan"
Vasif Adıgözəlov
"Xoşbəxtlik"
Vasif Adıgözəlov
"Ana"
Vasif Adıgözəlov
"Unutdun səni"
Vasif Adıgözəlov
"O qız hanı"
Vasif Adıgözəlov
"Şuşam lay-lay"
Vasif Adıgözəlov
"6 prelüdlər" (1992)
İfa edir: Elnara Hashimova, Piano