Zeynallı Asәf Zeynalabdin oğlu. 1909—1932
Bәstәkar
ADK-nın bәstәkarlıq sinfini bitirmiş (1931), burada Azәrbaycan xalq musiqisinin әsaslarını Hacıbəylidən öyrәnmişdi. Simfonik, kamera-vokal vә instrumental әsәrlәrin («Ölkәm», «Sual», «Seyran», «Sәrһәdçi», «Çadra» romansları, f-no üçün fuqalar, pyeslәr, skripka vә fp. üçün pyes vә s.), piano üçün "Uşaq süitası" silsiləsinin, "Çahargah" pyesinin, violino və piano üçün "Muğamsayağı", 12 fuqanın, simfonik orkestr üçün "Fraqmentlər", dram və teatr tamaşalarına musiqinin müәllifidir.
1928-ci ildәn ADK nәzdindәki musiqi mәktәbindә musiqi nәzәriyyәsindәn dәrs demişdir. Hacıbəyli onun yaradıcılığını yüksәk qiymәtlәndirirdi. 1933-cü ildә Zeynallının vәfatının ildönümü münasibәtilә etdiyi mәruzәdә Hacıbəyli onun vaxtsız ölümünә ürәk yanğısı ilә tәәssüflәnәrәk demişdi: «... o, olduqca böyük, orijinal vә dәrin düşüncәli bir bәstәkar ola bilәrdi».
Zeynallı Asәf
"Ölkəm"
İfa edir: Bülbül
Zeynallı Asəf
"Uşaq süitası"
İfa edir: Murad Adıgözəlzadə
Zeynallı Asəf
"Çahargah" fortepiano üçün
İfa edir: Murad Adıgözəlzadə
Zeynallı Asəf
"Muğamsayağı" violino və fortepiano üçün
İfa edir: Anar İbrahimov