Dadaşov Dadaş Hacibala Oğlu ( 30.08.1935 )
Bəstəkar, 1935-ci il avqustun 30-da anadan olub.
Azərbaycan Bəstəkarlar İttifaqının üzvü (1966), Dosent (1994),
Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi (2005),
Azərbaycan Respublikasının Xalq artisti (2008), Professor (2008).
Əsərləri: “İthaf” qanun və piano üçün Poema (2002), “Röya” səs və piano üçün romans (söz. – L.Akan. 2002), Violin və piano üçün “Elegiya və Skerso” (2003), “Mevlana” vokal-instrumental kompozisiyası (söz. – Y.Solmaz. C.Rumiyə həsr olunub. 2005), Azərbaycan xalq çalğı alətləri orkestri üçün “Qobustan lövhələri” (2006), Simli orkestr üçün 2 saylı Simfoniya (2007), Azərbaycan xalq çalğı alətləri orkestri üçün Konsert marşı (2007) , Qanun və simfonik orkestri üçün Konsert (2009), Kamança və piano üçün “Kapriççio” (2012), Azərbaycan xalq çalğı alətləri orkestri üçün Rəqs süitası (2012), Kamera simfoniyası (2012), Azərbaycan və Türkiyə xalq musiqisinin xor və orkestr üçün aranjimanı (2002-2005).
Dadaşov Dadaş
Adajio və skertso
İfa edir: Azad Əliyev (violin), Roza Şifrin (f-no)
Dadaşov Dadaş
"Bilək qədrini". Söz. T.Mütəllibov
İfa edir: Brillyant Dadaşova
Dadaşov Dadaş
Fortepiano üçün iki prelüd
İfa edir: Vəfa Əliyeva
Dadaşov Dadaş
"Hüsnün olduqca füsun". Söz. Füzuli
İfa edir: Nurlan Əzizbəyli
Dadaşov Dadaş
"Skertso" qanun üçün
İfa edir: Rəşad İlyasov
Dadaşov Dadaş
"Naxışlar"
İfa edir: Çinarə Mütəllibova,
Ukrayna Simfonik Orkestri, dirijor: Kərimov Fəxrəddin
Dadaşov Dadaş
"Təzədən". Söz. T.Mütəllibov
İfa edir: Brillyant Dadaşova