Abbasov Əşrəf Cəlal oğlu. 1920 - 1992
Azərbaycan bəstəkarı, musiqişünas və pedaqoq.
Azərbaycan SSR Əməkdar İncəsənət xadimi (1963), Azərbaycanın SSR Xalq Artisti, professor (1968), Azərbaycan Dövlət Konservatoriyasının rektoru (1953–1957). Əşrəf Cəlal oğlu 1920-ci ildə Şuşa şəhərində anadan olmuşdur. Orta məktəbi Şuşada bitirmişdir.
1948-ci ildə Azərbaycan Konservatoriyasını, 1952-ci ildə isə Moskva Dövlət Konservatoriyasının aspiranturasını bitirmişdir.1953–1957-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasının rektoru olmuşdur. Əşrəf Abbasov 1965-ci ildə ilk Azərbaycan uşaq baleti "Qaraca qız"ı yazmışdır.
O, fortepiano və orkestr üçün konsertin (1946), simfonik orkestr üçün "Konsertino"nun (1948), "Şuşa" (1945), "Gələcək gün" (1952), "Dramatik" (1953) simfonik poemalarının, "Səndən mənə yar olmaz" (1963), "Dağlar qoynunda" (1970) operettalarının, bir çox instrumental əsərin, xor, mahnı, romansın, həmçinin "Ü. Hacıbəyov və onun "Koroğlu" operası" (1956) və bir sıra başqa nəzəri əsərlərin və məqalələrin müəllifidir.
Əşrəf Abbasov 1992-ci ildə Bakıda vəfat etmişdir.
Abbasov Əşrəf
"Heyran olmuşam"
İfa edir: Rəşid Behbudov
"Efiopiya eskizləri" – simli kvartet.
İfa edir: A.Aliyev – 1 cı skripka; B.Mehdiyev – 2 ci skripka; C.Məmmədov – slt; R.Abdullayev – violonçel.
"Mənim Həyatim – Həyatım mənim"
Üç hissəli musiqili komediya
İfa edir: Ş.Qurbanov ad. Az.Döv. Musiqili komediya teatrının solistləri, xoru və orkestri. Dirijor Tale Qəniyev.
"Qaraça qız"- balet
İfa edir: SSRİ Böyuk teatrının simfonik orkestri.
Dirijor A.Juraytis(1ci süita); F.Luzanov (2 ci süita).
"Səndəm mənə yar olmaz" musiqili komediyasından Savalanın ikinci ariyası.
İfa edir: M.Əhmədov; K.Abbasovun və S.Ələskərovun r/a orkestr.