Mustafazadə Vaqif Əziz oğlu (16.03.1940 - 16.12.1979)
Pianoçu və bəstəkar.
Caz musiqi ustalarından biri. Azərbaycan əməkdar artisti (1979), Azərbaycan Dövlət mükafatı laureatı (1982, ölümündən sonra). ADMM-ni bitirmişdir (1963). Gürcüstan Filarmoniyasında "Qafqaz" caz-triosunu yaratmışdır (1965). Azərbaycan Dövlət Estrada Orkestrinin solist-pianoçusu (1969-1970) olmuş, "Leyli" adlı ilk qadın vokal kvartetinə (1970), "Sevil" vokal-instrumental ansamblına (1971-1977) və "Muğam" instrumental ansamblına (1977-1979) rəhbərlik etmişdir.
Orijinal ifaçılıq üslubuna malik olan V.Mustafazadə Azərbaycan muğamlarını, xalq mahnı və rəqslərini yaradıcılığında işləmişdir. O, "Tallin-66", "Tbilisi-78" Ümumittifaq caz festivallarının laureatı olmuş, bəstəkarların Monte-Karloda VIII Beynəlxalq caz müsabiqəsində (Monako, 1978) I mükafata layiq görülmüşdür. V.Mustafazadə fortepiano və simfonik orkestr üçün Konsertin, "Muğam" simfoniyasının (tamamlanmamışdır) və s. əsərlərin müəllifidir.
Vaqif Mustafazadənin ev-muzeyi Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı kimi fəaliyyət göstərir. "Musiqi dünyası" jurnalı tərəfindən "Vaqif Mustafazadə" memorial saytı yaradılmışdır.
Vaqif Mustafazadə
Primrose by Tchaikovsky
From Baku
Night prelude
Suddenly
Yuxarı
Geri